Monday, 06 Feb 2012
Azəricə (Azərbaycan dili)English (United Kingdom)
You are here: Home Press release “Makro Maliyyə” bülleteninin tanıtım variantı təqdim edildi
“Makro Maliyyə” bülleteninin tanıtım variantı təqdim edildi
Tuesday, 17 November 2009 14:02
There are no translations available.

Şirkətimiz “Makro Maliyyə” adlı qısa zaman proqnozları bülleteninin tanıtım variantını maliyyə sektorunun aparıcı şirkət və qurumlarına təqdim etdi. “Makro Maliyyə” bülletenində Azərbaycan iqtisadiyyatının əsas makro-maliyyə indikatorları üzrə aylıq təhlil və proqnozlar əks olunub.

Bülleten əsasən :

- Azərbaycan iqtisadiyyatının səkkiz əsas sektoru üzrə məhsul və xidmətlərin istehsal proqnozları,
- aylıq ümumi daxili məhsul proqnozları;
- investisiya qoyuluşları, əhali gəlirləri və qiymət indeksləri üzrə proqnozlar;
- ölkə daxilində ən geniş istifadə edilən beş əsas xarici valyutanın məzənnələri üzrə proqnozlar;
- iqtisadi gözləmələr baxımından əhəmiyyətli sayılan pul kütləsinin müxtəlif göstəriciləri üzrə proqnozlar;
- depozit və kreditlər üzrə faiz dərəcələri və mütləq həcm proqnozları;
- eyni zamanda ölkənin valyuta bazarında və bank sektorunda risk səviyyəsini qiymətləndirməyə imkan verən maliyyə stabilliyi indeksləri;
- o cümlədən, dünya iqtisadiyyatında aparıcı xammal və əmtəə məhsulların qiymət dəyişiklikləri və gələcək inkişaf meylləri və analitik informasiya təminatı üçün faydalı ola biləcək digər məlumatlardan ibarətdir.

 

Sentyabr ayından etibarən bülleten aylıq nömrələr şəklində sifarişçilərə təqdim olunacaq. Hər nömrə növbəti üç ay üçün (o cümlədən, iki ay üzrə dəqiqləşdirmələr aparılmaqla) proqnozlar və əvvəlki dövrə aid analitik təhlillərdən ibarət olacaq.